KONSERT
ELUX-un 1000 nəfərədək tutumu olan böyük zalında konsertlərin təşkili həyata keçirilir. Müasir loft dizaynlı zalın akustikası alman keyfiyyəti ilə birləşərək analoqu olmayan səs sisteminin yaranmasına, bu sayədə də konsertlərin yüksək səviyyədə təşkilinə səbəb olur. Qafqazın ən geniş zallarından biri olan konsert zalı həm də ölkənin ən böyük səhnələrindən birinə sahibdir. Qeyd edək ki, böyük zal tamamilə sütunsuz quraşdırıldığından konsert proqramları üçün idealdır.